Erməni politoloqdan şok “riyazi hesablama”: Stepan Həsən-Cəlalyandan gülməli iddia

Erməni politoloqdan şok “riyazi hesablama”: Stepan Həsən-Cəlalyandan gülməli iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni politoloq Stepan Həsən-Cəlalyan sözün həqiqi mənasında riyaziyyat elmində “yenilik” edib.

Tribunainfo.az xəbər verir ki, onun son açıqlaması yeni “elmi dərəcə” alması üçün “kifayət” edə bilər.

Belə ki, Həsən-Cəlalyan iddia edib ki, Ermənistanda 1989-cu ilə qədər cəmi 84 min 860 nəfər azərbaycanlı yaşayıb. Bu azmış kimi, o, Azərbaycanda həmin dönəmdə 300 min erməninin yaşadığını qeyd edib.

Onun sözlərinə görə, həmin 300 min erməni indi artaraq,, 650 min nəfər olub. Amma nə hikmətdirsə, azərbaycanlılar üçün bu artım cəmi 150 min göstərilib.

Onun dediklərindən belə başa düşülür ki, ermənilər artım məsələsində Azərbaycandan öndə olub. Amma nə sirrdirsə, Azərbaycan əhalisi 1990-cı ildən bəri 3 milyon nəfərdən çox artaraq, 10 milyon olduğu halda, Ermənistanda bu rəqəm 3 milyondan 1.5 milyona düşüb.

Həsən-Cəlalyanın bu “riyazi kəşfi”ni dünyada heç kim, həll edə bilməz. Və o, bu hesablamanı hansı formada, necə aparın məlum belə deyil. Normalda artım olarsa, bu ölkənin ümumi əhalisinin sayında da öz təsirini göstərməlidir. Amma Stepanın hesablamasında “çoxluca artan” ermənilərin olmasına rəğmən, Ermənistan əhalisi iki dəfə azalıb. Bəs, yerdə qalanlar hara yoxa çıxıb? Buxarlanıblar?

Fərda Uğur