Erməni politoloqdan iddia: “Bakı ilə razılaşdırılmamış məsələlərin sayı 2-dən çoxdur”

Erməni politoloqdan iddia: “Bakı ilə razılaşdırılmamış məsələlərin sayı 2-dən çoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarında razılaşdırılmamış 2 məsələnin qaldığı qeyd edilir.

Tribunainfo.az bildirir ki, bunu həm rəsmi Bakı, həm də İrəvan da təsdiqləyir.

Qeyd edək ki, hər iki tərəf danışqlarda müzakirə olunan bəndlərin 17 maddədən ibarət olduğunu və onlardan 15-nin razılaşdırıldığını vurğulayıblar. Lakin erməni politoloq Benyamin Matevosyan iddia edir ki, sülh müqaviləsinin təkcə 2 deyil, daha bir çox maddələri razılaşdırılmamış qalır.

Onun sözlərinə görə, vəziyyətin belə olmasına səbəb bəzi mətləblərin hələ də açıqlanmamasıdır. “Baş verən bütün hadisələrdən belə nəticəyə gəlmək olar ki, tərəflər təkcə sülh müqaviləsini deyil, görünür, dəhlizlə bağlı bəndin yer aldığı bütöv sənədlər paketini müzakirə edirlər”.