Erməni politoloqdan COP29 açıqlaması – Qarabağ məsələsi…

Erməni politoloqdan COP29 açıqlaması – Qarabağ məsələsi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşiniyan ona görə hakimiyyətə gəldi ki, Qarabağı versin. Amma başqa vacib məsələlər də var”. Tribunainfo.az xəbər verir ki, bunu politoloq Beniamin Matevosyan deyib.
Onun sözlərinə görə, “vacib məqam” odur ki, Qarabağın olmaması təkcə Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmağa deyil, həm də Bakını hər hansı geosiyasi mərkəzin tam nəzarəti altına düşməyərək, balanslaşdırılmış siyasət yeritməyə vadar edən faktoru aradan qaldırmağa imkan verir. “Qarabağın olmaması Moskvanın Bakıya təsirini xeyli zəiflətməlidir”.
Matevosyan hesab edir ki, COP29 tədbiri Qarabağın Azərbaycana məxusu olmasını birmənalı olaraq qanuniləşdirdi. “COP29 beynəlxalq arenada Qarabağın Azərbaycana məxsus olmasını qanuniləşdirdi. Bu da 2018-ci ilin siyasi layihəsinin başa çatması deməkdir. Çünki erməni dövlətçiliyi amili tamamilə zərərsizləşdirilərsə, Moskvanın Azərbaycana təsiri daha da zəifləyəcək”.
Amma erməni politoloq başqa bir mətləbdən də danışıb. O iddia edib ki, Paşinyan yeni siyasi layihənin siması olmağa çalışır. “Bunun nəticəsi Ermənistanın dağılma sənədi olmalıdır. Təsadüfi deyil ki, Ermənistandakı təlatümlü hadisələr fonunda Azərbaycan hərbi xərcləri artırmağa başlayıb”.