“Sülh müqaviləsinin imzalanması 2026-cı ilə qədər təxirə salınıb”. Tribunainfo.az xəbər verir ki, bu fikirlər ekspert Armen Bağdasaryana məxsusdur.
O, bunu belə izah edib ki, Azərbaycan Ermənistanın konstitusiyasının dəyişdirilməsini tələb edir. “Ermənistan isə həmin prosesi 2026-cı ildə həyata keçirəcəyini bildirib. Ona görə də, həmin müddətə qədər gözləmək lazım gələcək”.
Bağdasaryan deyib ki, Azərbaycan Ermənistandan sülh tələb etmir. “Azərbaycan bizdən sülh tələb etmir, kapitulyasiya tələb edir. Bütün tələblər yerinə yetirilərsə, imzalanacaq şey sülh müqaviləsi deyil, kapitulyasiya aktı olacaq”.
Erməni politoloq onu da deyib ki, sülh razılaşması əldə olunandan sonra da proses davam edəcək. “Razılaşma əldə olunarsa, beynəlxalq güc qütbləri və ya ən azı 3 regional supergüc, İran, Rusiya və Türkiyə arasında müəyyən konsensus olarsa, bölgəmizdə sülhün bərqərar olması mümkün olacaq”.