Erməni politoloq “iki aya bölgədə dəhşətli hadisələr olacaq” deyir: Yenə narahatdırlarbackend

Erməni politoloq “iki aya bölgədə dəhşətli hadisələr olacaq” deyir: Yenə narahatdırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda baş verən məlum hadisədən sonra ermənilərin ciddi narahat olmaları davam edir. Xüsusən siyasətçilər və politoloqlar qaramsar bəyanatlar verməkdə davam edirlər.

Tribuninfo.az xəbər verir ki, erməni politoloq Beniamin Matevosyan da həmin qara fikirlilərdən biridir. Belə ki, o, 50-70 gün içində bölgədə dəhşətli hadisələrin baş verəcəyini iddia edib. “Hər halda yaxın 50-70 gündə (yəni 2 aydan bir qədər çox) bölgəmizdə vəziyyət partlayış həddinə çatacaq”.

O bildirib ki, İranın sabiq prezidenti, qəzada ölən İbrahim Rəisi Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsinin qəti əleyhidarlarından biri idi. “Onun ölümü tarazlıqları pozacaq. Artıq Rəisi yoxdur,və İranın siyasi sistemi yaradılmış böhranı aradan qaldırmaqla məşğul olacaq. Bu güc itkisi deməkdir”.

Matevosyan həmçinin iddia edib ki, Bakı və Ankara bu hadisələri, xüsusən də İran prezidentinin qəzada ölməsini Ermənistanın hesabına regionun geosiyasi simasının tam transformasiyası üçün “tarixi imkanlar pəncərəsi” kimi qəbul edə bilər.

Xatırladaq ki, digər erməni politoloq və siyasətçilər də helikopter qəzasından sonra İranın başının qarışıq olacağı, güc itirəcəyi və bu səbəbdən də Zəngəzur Dəhlizi məsələsində əvvəlki səviyyədə səsini çıxarmayacağını düşünürlər.