Politoloq Beniamin Matevosyan iddia edib ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının içində Bakının tələbləri də var. Tribunainfo.az xəbər verir ki, o, hətta onların konkret sayda olduğunu da deyib.
Erməni poltoloq bildirib ki, Azərbaycanın Ermənistandan 9 tələbi var. O birinci tələbin Ermənistanın maliyyə vəsaiti hesabına tikiləcək, lakin Türkiyə və Azərbaycanın istifadə edəcəyi Zəngəzur dəhlizinin Bakıya verilməsi olduğunu deyib.
Matevosyan digər tələbləri isə aşağıdakı kimi sıralayıb:
– Azərbaycanlıların Ermənistana köçürülməsi;
– Ermənistan konstitusiyasına dəyişikliklər edilməsi;
– Ermənistan ordusunun demilitarizasiyası;
– Rusiya qoşunlarının Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədindən çıxarılması, həmçinin 102-ci hərbi bazanın çıxarılması;
– Aİ müşahidəçilərinin Ermənistan-Azərbaycan sərhədindən çıxarılması;
– Roma Statutunun ratifikasiyası haqqında qərarın ləğvi;
– ATƏT-in Minsk Qrupunun buraxılması;
– Və Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddialarından imtina etməsi.