Erməni ordusunun Qarabağdakı rəhbəri cəzalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğalçı Ermənistan ordusunun Azərbaycan ərazilərindəki hərbi hissələrindən birinin komandiri və komandir müavini cəzalandırılıb. 

İşğalçı Ermənistan ordusunun Azərbaycan ərazilərindəki hərbi hissələrindən birinin komandiri və komandir müavini cəzalandırılıb.

Musavat.com-un verdiyi məlumata görə, onlar tutduqları vəzifədən azad ediliblər. Ermənistan Silahlı Qüvvələrinin rəisi Movses Akopyan bu barədə xəbəri təsdiqləyib.

Məlumatda deyilir ki, hissə komandiri və müavininin cəzalandırılmasına səbəb mayın 7-də 3 hərbçinin Qarabağdakı su dəryaçasında boğulmasıdır. Həmin hadisə zamanı Ruben Barqserqyan (1998), Rafael Bişaryan (1997) və Ruben Mnatsakanyanın (1998) meyiti dəryaçadan çıxarılmışdı.