Erməni ordusunun ən faciəli günü: 12 əsgəri can üstündə – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ermənistanın Qeğarkunik vilayətində səhər erkən saatlarında böyük qəza baş verib. Ermənistan müdafiə nazirliyinə məxsus avtobus aşıb. 

Bu gün Ermənistanın Qeğarkunik vilayətində səhər erkən saatlarında böyük qəza baş verib. Ermənistan müdafiə nazirliyinə məxsus avtobus aşıb.

Bu haqda NEWS.am-a Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan bildirib ki, qəza nəticəsində xəsarət alan 12 müqaviləli hərbçi hospitala köçürülüb.

****

Digər erməni xəbərlərinin yaydığı məlumata görə hadisə 08:31 radələrində Vardenis-Şorja avtomagistralında baş verib. Hadisə yerinə müdafiə nazirliyinə məxsus hərbi maşını gedib.

Məlumatalara görə, M-14 avtomagistralının Vardenis- Şorja sektorunun 25-ci km-də “Qaz 66” markalı Ermənistan müdafiə nazirliyinə məxsus avtomobil magistraldan çıxıb və təxminən 6 metr yarğana yaxın sürüşüb. Maşəının əsas hissəsi gövdədən ayrılıb.

14 sərnişin müxtəlif bədən xəsarətləri ilə Vardenis hərbi hospitalına köçürülüb. Həkimlər 7 yaralının vəziyyətini ağır, digər 7-ni isə orta qiymətləndiriblər. Xilasedicilər 2 yaralıya ilkin tibbi yadım göstərib və onlar hospitaldan imtina ediblər. Saat 09:28 radələrində isə avtomobili dərədən çıxarıblar.

 

****

Newsbook saytının verdiyi məlumata gtörə isə, hadisə saat 06:30 radələrində Vardenis-Darenik avtomagistralının Daranik kəndinin inzibati ərazisində baş verib.

Qaqik Şamşyanın məlumatına görə hərbi nqəliyyat vasitəsində 30 nəfər erməni hərbçisi olub. İlkin olaraq qəzaya səbəb kənd yoluna mal-qaranın çıxması nəticəsində sürücünün idarəetməni itirməsi göstərilir.

Faktla bağlı, Ermənistan Hərbi polisi məşğul olur.