“Bu gün enurezdən əziyyət çəkən, müxtəlif psixi pozuntuları olan gənclərin xidmətə götürülməsi problemdir”. Tribunainfo.az xəbər verir ki, bunu hərbi ekspert Vitali Manqasaryan deyib.
O bildirib ki, belə əsgərlərin orduda xidməti, xüsusən sərhədaynı ərazilərdə xidmət keçməsi çox təhlükəlidir.
Azərbaycan-Ermənistan münasibətlərindən də danışan ekspert qeyd edib ki, hazırda Bakının əsas məqsədi erməni ordusunu sıradan çıxarmaqdır. O həmçinin vurğulayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyanın davranışları anklavların tezliklə Azərbaycana verilməsi üçün zəmin hazırlamaqdır.