ERMƏNİ NƏŞRİ: PAŞİNYANIN RUSİYAYA QARŞI MÖVQEYİ YUMŞALIBbackend

ERMƏNİ NƏŞRİ: PAŞİNYANIN RUSİYAYA QARŞI MÖVQEYİ YUMŞALIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan ABŞ dövlət katibi, Fransa prezidenti, Almaniya kansleri, İran prezidenti və Gürcüstanın baş naziri ilə telefon danışığı aparıb.
Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, iki gün sonra Türkiyə prezidenti Ərdoğanla yox, Putinlə söhbət oldu. Bir neçə gün sonra Paşinyan qeyri-müəyyən şəkildə əmin etdi ki, o, Putinlə daimi təmasdadır, sonuncu Ermənistan və Qarabağ ətrafındakı vəziyyətdən xəbərdardır. Putin həmçinin bildirib ki, Paşinyandan “həcmli məktub alıb”. Paşinyan zəng edib, lakin Kremldə ona cavab verilməyib, bundan sonra o, Ladimir Ladimiroviçə geniş məktub göndərib və sonuncu bunu Vladivostok konfransında bildirib.

Nikol Paşinyan həmin məktubda Ermənistanda tüğyan edən anti-Rusiya prosesləri ilə bağlı özünə haqq qazandırmağa çalışıb, onları Rusiyaya qarşı olmadıqlarına inandırıb. Və Paşinyanın ritorikasına nəzər salsaq, 9 sentyabrdan sonra o, Rusiya Federasiyası ilə bağlı mövqeyini yumşaltmağa çalışıb.