Ukraynanın daxili işlər naziri Arsen Avakov şayiələrin əksinə, hələ keçən həftə Kanadadan işçi səfərdən Ukraynaya qayıdıb və istefa verməyə hazırlaşmır.
Ukraynanın daxili işlər naziri Arsen Avakov şayiələrin əksinə, hələ keçən həftə Kanadadan işçi səfərdən Ukraynaya qayıdıb və istefa verməyə hazırlaşmır.
TİA.AZ xəbər verir ki, bunu “Obozrevatel” nəşrinə Avakovun məsləhətçisi Zoryan Şkiryak nazirin Kanadaya qaçdığı barədə iddiaları şərh edərkən deyib.
“Daxili işlər naziri Kanadadan keçən həftə qayıdıb. O, artıq cümə axşamı işdə idi. İstefa haqqında heç bir söhbət getmir. Nazir fəal işləyir və ona etibar edilən nazirlikdə dövlət siyasətini həyata keçirir. “Fecabook”a reaksiya verilməməsi xahiş olunur”, – deyə Avakovun məsləhətçisi bildirib.
Qeyd edək ki, daha əvvəl Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakovun vəzifəsindən istefa verərək Kanadaya qaçdığı iddia edilib. Bu barədə xəbəri Ukrayna Ali Radasının sabiq deputatı, qondarma “Novorossiya parlamenti”nin spikeri Oleq Sarev yayıb.