backend

Erməni nazir: “Bir ay da dözün”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gələn il Ermənistanda əməkhaqqı və təqaüdlər artırılmayacaq”. 

“Gələn il Ermənistanda əməkhaqqı və təqaüdlər artırılmayacaq”.

TİA.AZ xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vardan Aramyan jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda 

hökumət üçün iqtisadi artımı təmin etmək vacibdir: “Bu isə gələcəkdə təqaüd və əməkhaqqlarının artmasına gətirib çıxaracaq. Ümumiyyətlə, ümid 

yaxşı şeydir. Çünki, ümidini itirən insanlar effektiv olmur, gələcəkdə irəliyə doğru hərəkət etmək imkanları azalır. Ancaq hərəkətsiz ümid də problemlidir. 

Ona görə biz tədbirlər görürük və inanıram ki, cəmiyyətdə ümid oyanacaq”.

Ermənistanda təqaüdlərin aşağı olduğunu deyən nazir : “Bilirsiniz, mən cəmiyyəti yalnız ümidlərlə qidalandırmaq istəməzdim. Ona görə, Sizdən xahiş edirəm, bircə ay dözün, yaşayarıq, görərik”.