Erməni nazir: Baqrat yeni müharibə istəyirbackend

Erməni nazir: Baqrat yeni müharibə istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın İqtisadiyyat naziri Gevorq Papoyan öz Facebook səhifəsində Vazgen (Baqrat) Qalstanyanın rəhbərlik etdiyi hərəkatla bağlı fikirlərini bölüşüb. Tribunainfo.az xəbər verir ki, nazir keşiş Baqratın məqsədli şəkildə vəziyyəti gərginləşdiyini bildirib.
O deyib ki, baş verənmlər qəribə deyil. “Baş verənlər qəribə deyil. Çünki biz bir din xadimi ilə deyil, başqa ölkənin adi vətəndaşı, revanşist, iş adamı ilə mübarizə aparırıq. O, öz əcnəbi sahibləri vasitəsilə ölkəmizə yeni müharibəyə sövq etməyi hədəfləyir. Nəticə isə Ermənistanı quberniyaya çevirməkdir”.
Papoyan bildirib ki, bu baş verməyəcək. “Biz ruhani idarəçiliyin, geriliyin, periferik idarəçiliyin, oğruların demokratiyaya, müstəqilliyə, tərəqqiyə qalib gəlməsinə imkan verməyəcəyik. Dövlət çox güclüdür”.