Rusiyanın maraqlarını açıq şəkildə qoruyan “Ana Ermənistan” Hərəkatının lideri Andranik Tevanyan yeni iddia və təkliflə çıxış edib.
Tribunainfo.az xəbər verir ki, o, Ermənistan-Türkiyə münasibətləri ilkin şərt olmadan normallaşacağı, Paşinyan və Əliyevin birbaşa, vasitəçisiz danışıqlar aparması, Paşinyanın Zəngəzur dəhlizinə qarşı olması söhbətlərinin yalan olduğunu vurğulayıb.
Tevanyan təklif edib ki, Ermənistan-Azərbaycan münasibətləri Rusiyanın vasitəçiliyi ilə tənzimlənməlidir. “Vasitəçi və zaminsiz Ermənistan daimi konsessioner rolunda olacaq”.
Onun sözlərinə görə, Ermənistan-Türkiyə münasibətləri mümkün qədər Ermənistan-Azərbaycan münasibətlərindən ayrılmalıdır. “Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün optimal platforma Türkiyə-Azərbaycan tandeminin İran və Rusiya tərəfindən balanslaşdırıla biləcəyi 3+3 formatı çərçivəsində ola bilər”.
Fərda Uğur