Erməni müxalifəti “ölməmiş ayı”nın dərisini bölüşdürür…

Erməni müxalifəti “ölməmiş ayı”nın dərisini bölüşdürür…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda bir müddətdir davam edən və özünü “Vətən naminə Tavuş Hərəkatı” kimi təqdim edən siyasi qüvvələrin konsalidasiyası baş nazir Nikol Paşinyanı istefaya göndərmədən, yeni baş nazir müzakirələrinə başlayıblar.
Tribunainfo.az xəbər verir ki, keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi müxalifətin birləşmiş qüvvələri bununla bağlı bir neçə varinat üzərində dayanırlar. İlkin olaraq, hadisələrin nə ilə nəticələnəciyini bilməyən və bu səbəbdən də məsuliyyəti üzərlərindən atmağa çalışan müxalif liderlər keşiş Baqratın baş nazir postuna namizədliyini dəstəkləyirlər. Onlar getdikcə zəifləyən və əvvəlki kimi qüvvə toplaya bilməyən hərəkatın uğur qazanacağına bir o qədər də inanmırlar. Hərçənd hadisələrin ilk günündə buna böyük ümid bəsləyirdilər.
Bu gün Baqratın baş nazir Nikol Paşinyanla görüşündən sonra isə bu inamsızlığın daha da artacağı istisna olunmur. Çünki Paşinyan keşiş və onun arxasında duran qüvvələri ən zəif vaxtında belə məğlub edib. Bu gün də reytinq baxımından onlardan üstündür.
Hazırda Ermənistan müxalifətinin baş nazir postuna namizədi kimi, üçn nəfərin adı çəkilir. Onlardan biri keşiş Baqratdır. O, bu məsələdə birmənalı olaraq qərar verə bilmədiyini deyib. Topu Eçmiəzdin Kilsəsinin üzərinə atıb. “Əgər kilsə qərar verərsə, onların sözündən çıxmayacam”.
İkinci namizəd isə Qarabağ məsələsində daha çox manipuliyasiya edən, erməni diplomatları arasında ən çoxbilmişi hesab olunan, habelə Rusiyanın da isti yanaşdığı keçmiş xarici işlər naziri Vartan Oskanyandır.
Qeyd edək ki, Oskanyan Qarabağdan könüllü köçən ermənilərin geri qayıtması üçün hərəkat yaradıb. O, bunun mümkün olduğunu iddia edir. Bu günlərdə Baqratın onunla görüşündən sonra keçmiş nazir baş nazir postuna namizəd olmasına etiraz etməyib.
Üçüncü əsas namizəd isə keçmiş deputat və ombudsman Arman Tatoyandır. Onun yaratdığı “Tatoyan Fondu” uzun zamandır Qarabağ ermənilərini müdafiə etməklə yanaşı, sərhəd mövzusunda çoxsaylı təkliflərin müəllifidir. 44 günlük savaşda isə erməni informasiya blokunun yaradıcılarından hesab olunur. Paşinyan hökumətinə aqressiv dərəcədə müxalif olan Tatoyanın baş nazir olma ehtimalı yüksək hesab olunmasa da, namizəd kimi iştirakı mümkün sayılır.
Yekun olaraq bildirək ki, erməni müxalifətinin üzərində dayandığı hər üç namizəd revanşist olmaqla yanaşı, həm də Azərbaycana qarşı aqressiv mövqeyə sahibdirlər. İstər keşiş Baqrat, istən Oskanyan, istərsə də Tanoyan davamlı olaraq, Azərbaycanı “işğalçılıq”da ittiham ediblər.