Erməni müğənni Sargis Avetisyan 2019-cu ildə Xankəndidə verdiyi konsertdən görüntü paylaşaraq üzüntüsünü bölüşüb. Tribunainfo.az yazır ki, erməni ifaçı vəziyyətin indiki yerə qədər gəlib çıxacağını gözləmədiyini söyləyib. Onun sözlərinə görə, ən böyük arzusu Xankəndidə konsert vermək olub və 2019-cu ildə xəyalı gerçəkləşib. O, əlavə edib ki, bir daha orada konsert verəcəyinə ümid edir. Lakin bu ümidini əbədi dəfn edə bilər. O, heç vaxt Xankəndiyə gələ bilməyəcək. Bu, o halda baş verə bilər ki, Ermənistanla sülh müqaviləsi imzalansın, diplomatik əlaqələr qurulsun, Sargis Azərbaycan dövlətindən Qarabağda yaşayan ermənilər üçün oxumaq istədiyini xahiş etsin, o zaman buna bir müraciət kimi baxıla bilər.