Erməni milyarderə ərə getməyə hazırlaşan Səbinə Gülbala qızı kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan mənşəli rusiyalı aktrisa Səbinə Əhmədova erməni milyarder, “Rosqostrax” şirkətlər qrupunun prezidenti Danil Xaçaturova ərə getməyə hazırlaşır. Virtualaz.org xəbər verir ki, bu haqda Rusiya KİV-lərində yazıblar. Azərbaycan mənşəli rusiyalı aktrisa Səbinə Əhmədova erməni milyarder, “Rosqostrax” şirkətlər qrupunun prezidenti Danil Xaçaturova ərə getməyə hazırlaşır. Virtualaz.org xəbər verir ki, bu haqda Rusiya KİV-lərində yazıblar.

45 yaşlı Xaçaturovun sərvəti “Forbes”in hesablamalarına görə 2 milyard dollara yaxındır. Bir neçə ildir ki, Rusiyanın ən həsəd aparılan subaylarından biridir. Belə ki, erməni milyarder 2008-ci ildə dizayner Ulyana Sergeyenko ilə evlənib, 2013-cü ildə boşanıb. Daha sonra Xaçaturovun gənc və yaraşıqlı rejissor Anna Məlikyanla sevgi məcarasına başladığı bildirilir. Erməni milyarderin növbəti sevgisi isə Səbinə Əhmədovadır. Onların arasında münasibət olduğu barədə Rusiya mediası ara-sıra yazırdı.

Xaçaturova ərə getməyə hazırlaşan Səbinə Əhəmədovaya gəldiksə isə onun 36 yaşı var, əvvəllər evli olmayıb, uşaqları da yoxdur. Səbinə Gülbala qızı Əhmədova 1981-ci ildə Bakıda qarışıq ailədə anadan olub. Atası yarı yəhudi, yarı azərbaycanlıdır. Anası ermənidir. Səbinənin ailəsi 1990-cı ildə Bakıdakı məlum hadisələr zamanı Rusiyaya köçüb. Hazırda Rusiyanın tanınmış kino aktrisalarından biridir. 

Xaçaturovla Əhmədovanın toylarının nə vaxt olacağı haqda məlumat yoxdur.