Erməni mediası Paşinyanla məzələndi – 1 aprel zarafatıbackend

Erməni mediası Paşinyanla məzələndi – 1 aprel zarafatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni mediası “Paşinyan istefa vermək qərarına gəlib” xəbərini tirajlamaqla Nikolla sözün əsl mənasında məzələnib.

Musavat.com xəbər verir ki, erməni mətbuatı bunun 1 aprel zarafatı olduğunu bildirib. Bu isə Paşinyanın düşdüyü rəzil durumdan xəbər verir. Eyni zamanda ekspertlər hesab edirlər ki, bununla həm də dolayısı ilə Paşinyana getməli olduğunu bildirmək istəyirlər.

Onu da qeyd edək ki, Paşinyanın istefa verəcəyi ilə bağlı xəbəri həm Ermənistan, həm də Rusiya mətbuatı geniş şəkildə tirajlayıb.

Eyni zamanda Azərbaycan mətbuatında bu ölkələrin agentliklərinə istinadən xəbər yer alıb.