Ermənistan mediası Azərbaycanda keçiriləcək 7 fevral prezident seçkisi haqda yazıb. Tribunainfo.az bildirir ki, “Hraparak” nəşri növbədənkənar seçkidə prezident İlham Əliyevin qələbə şansının yüksək olduğunu vurğulayıb.
“Azərbaycanda prezident seçkilərinin vaxtından əvvəl keçirilməsinə baxmayaraq, İlham Əliyevin rəqib siyasətçilərinin məğlubiyyətinin səbəbi müxalifət partiyalarına mənsub siyasətçilər arasında fikir ayrılığının olmasıdır” – erməni nəşri qeyd edir. “Təhlilçilər hesab edir ki, Qarabağ torpaqları qaytarılandan sonra İlham Əliyevin nüfuzu artıb. Bunu AFP-yə azərbaycanlı politoloq Fərhad Məhəmmədov deyib. “Prezident Əliyevin populyarlığı həmişə yüksək olub və 2020-ci ilin sentyabrında Qarabağ əməliyyatından sonra bu, daha da artıb. İlham Əliyev populyarlığının zirvəsindədir”.