Erməni mediası fotoları yayılan Araikgil haqda nələr yazdı… –  Sərsəmləmə…backend

Erməni mediası fotoları yayılan Araikgil haqda nələr yazdı… – Sərsəmləmə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni mediası Bakıda həbsdə olan separatçıların fotolarının yayılmasına diqqət çəkib.

Tribunainfo.az bildirir ki, “Hraparak” nəşri şəkillərin yayılmasına ağlı kəsən “səviyyədə” şərh vemrəyə çalışıb.
Nəşr iddia edir ki, Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, David Babayan, Levon Mnatsakanyanın qəsdən gülümsəməsi, kitab oxuması və s.-nin fotolarını təqdim ediblər.
“Sanki onlarla hər şey qaydasındadır və həbsxanada özlərini pis hiss etmirlər. Aydındır ki, bütün bunlar bir aydan sonra Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində həyata keçirilir. Bu fotolar internetdə dərc edildikdən sonra onların saxta, fotoşop olduğu və reallıqla heç bir əlaqəsinin olmadığı müzakirələr başlayıb. Bunu təsvirin və məkanın asimmetriyası, əşyaların süniliyi sübut edir”,_ deyə erməni mediası çərənləyib.
Fotoqraf Areq Balayan bildirib ki, əslində fotoşəkillərin real olub-olmadığını dəqiq söyləmək çətindir, lakin son texnologiyaların inkişaf etdiyi bu dövrdə, fotoşəkillərin saxtalaşdırılması üçün böyük imkanların mövcud olduğu bir zamanda heç nəyi istisna etmək olmaz.