“Freedom House” təşkilatı Ermənistanın avtoritar rejimin astanasında olduğunu açıqlayıb. “Freedom House” təşkilatı Ermənistanın avtoritar rejimin astanasında olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, təşkilatın hesabatında Ermənistanda keçirilən konstitusiya islahatlarının parlament respublikası üsul-idarəsinə keçiddən çox, Serj Sarkisyanın hakimiyyətinin uzadılmasına xidmət etdiyi qeyd olunur.
Hesabatda qeyd olunur ki, yeni idarəçilik sistem hakim Respublika Partiyasının uzun müddət iqtidarda qalmasını təmin etmək məqsədi daşıyır.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) da aprelin 2-də Ermənistanda keçirilən parlament seçkilərində saxtakarlığa yol verildiyini, seçicilərə təzyiq olunduğunu və hakimiyyət nümayəndələrinin seçki prosesinə müdaxilə etdiyini açıqlayıb.
Lakin məhz “Freedom House” təşkilatının Ermənistandakı seçkilərə bu cür yanaşması maraq doğurur.
“Freedom House” təşkilatı adətən anti-Azərbaycan mövqedən çıxış edir. Lakin rəsmi İrəvanın kütləvi mitinqlərin qarşısını almasına, siyasi repressiyalara, fiziki təzyiqlərə baxmayaraq, indiyə qədər təşkilatın bütün hesabatlarında Ermənistan “azad” ölkə kimi göstərilir və çox az hallarda kiçik iradlar bildirilir. Əvəzində təşkilatın əksər hesabatı Azərbaycana qarşı hücum xarakteri daşıyır.
“Freedom House”un Qərbdə erməni lobbisinə yaxın olması haqda məlumatlar var. Təşkilatın Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan qondarma “DQR”-in adını da öz hesabatlarına salması, hətta bu qondarma rejimi “azad ölkə” kimi təqdim etməsi də erməni lobbisi ilə bağlantılarına sübutdur.
Təşkilatın indi Serj Sarkisyan rejimini avtoritar adlandırması diqqətdən yayınmır və burada erməni lobbisinin Sarkisyana qarşı çıxması ehtimalı ön plana çıxır.
TİA.AZ