ABŞ-da fəaliyyət göstərən Amerika Erməni Milli Komitəsi (ANCA) indi də ümidini ABŞ-ın prezidentiliyə namizədi Donald Trampa ümid bəsləyir. Tribunainfo.az xəbər verir ki, komitə Tramp seçiləcəyi təqdirdə nələri gözləyəcəklərini açıqlayıblar.
Onlar bildirib ki, 44 günlük müharibəyə ABŞ tərəfi hələ də hüquqi və siyasi qiymət verməyib. Bundan başqa, Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatına da analoji münasibəti demokratlardan görmədiklərini dilə gətirirlər. Ona görə də, Tramp seçiləcəyi təqdirdə, onun bu məsələlərə reaksiya verəcəyi və Konqresdə müzakirəyə çıxaracağını gözlədiklərini bildirirlər.