Erməni kilsəsində çaxnaşma: II Qarageni kim əvəz edəcək?

Erməni kilsəsində çaxnaşma: II Qarageni kim əvəz edəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda xeyli müddətdir davam edən hökumətlə erməni kilsəsi arasında savaş yeni dönəmə qədəm qoymağa başlayıb.

Tribunainfo.az xəbər verir ki, onlarla keşişin həbs olunmasından sonra Eçmiəzdin Kilsəsinin rəhbəri II Qaragenin istefa verməsi tələbi gündəmə gəlib.

Belə ki, noyabrda keçirilcək baş keşiş seçimlərində yeni şəxsin kilsəyə rəhbərlik etməsi istəkləri var. Hökumət II Qaragenin istefa verməsini və yerini başqasına buraxmasını tələb edir.

Bu əsnada, birincilik savaşına Kilikiya ermənilərinin katalikosu I Aram da qoşulub. O bildirib ki, hazırkı durum acınacaqlıdır. “Ermənistan özünü məhvə aparır. Diaspor isə məhvə doğru gedir. Bu vəziyyətdə bizə yeni liderlər lazımdır”.

Lakin I Aram erməni kilsəsinin rəhbəri olmaqdan imtina edib. O bildirib ki, onun belə bir niyyəti yoxdur və seçimlərdə də iştirak etməyəcək.

Ermənistan müxalifəti isə iddia edir ki, Paşinyan hökuməti erməni kilsəsinin başına İstanbul ermənilərinin rəhbərini gətirmək istəyir.

Fərda Uğur