Erməni kilsəsi yenə “bulanıq suda balıq tutmağa” çalışır

Erməni kilsəsi yenə “bulanıq suda balıq tutmağa” çalışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Apastol Kilsəsinin Ali Ruhani Şurası dünən bir araya gələrək, yenidən “bulanıq suda balıq tutmaq” eşqinə düşüblər. Tribunainfo.az xəbər verir ki, baş erməni keşişi II Qaragin, İstanbul patriarxı Sahak Maşalyan, Kilikiya patriarxı I Aram və başqalarının iştirakı ilə keçirilən yığıncaqda bəyanat qəbul edilib.

Həmin bəyanatda kilsə ermənilərin durumundan narahat olduğunu, Qarabağ ermənilərinin geri qayıtması məsələsinin müzakirəyə ehtiyacı olduğunu bildirib.

Bundan başqa, keşişlər Azərbaycanda həbsdə olan terrorçuların geri verilməsini, Qarabağdakı “erməni irsi”nin qorunmasını da tələb ediblər.

P.S. Erməni cəmiyyətinin evini yıxan, habelə onu sağalmaz xəstəliyə mübtəla edən kilsə, heç bir şəkildə ortalığı qarışdırmaq niyyətindən çəkinmir. Hər dəfəsində minlərlə ermənini boş, mənasız, xəyal olan məsələlərə görə qırdıran Qaraginlər, Aramlar, sanki bundan həzz alırlar.