Erməni keşiş bizi İran ordusu ilə “qorxudur”

Erməni keşiş bizi İran ordusu ilə “qorxudur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni din xadimləri davamlı olaraq həm nfrət toxumu səpməklə, həm də hərzə-hədyan danışmaqla məşğuldurlar.

Tribunainfo.az bildirir ki, erməni xalqının əsas “ideoloq”u olan keşişlər daha çox varlanmaq üçün öz xalqına da rəhm etmirlər.

Müharibələr, xalqlar arasında düşmənçilik, dini mövhumat və bu qəbildən olan bütün neqativləri ermənilərin üzərinə yükləmiş kilsə, ində də Azərbaycanı İran ordusu ilə qorxutmağa başlayıb. Keşiş Vardan Xaçatryan bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadənin son açıqlamaları guya, “qorxu”dan irəli gəlib. “Paşazadənin açıqlaması Azərbaycanda hökm sürən qorxunun nəticəsidir”.

Bunun ardından o, Azərbaycanı İran ordusu ilə qorxudmağa çalışıb. “Çünki Farsın şimal sərhəddində cəmləşmiş 200 minlik fars ordusu Azərbaycanın üzərində Demokl qılıncı kimi asılır”.

P.S. Ömrü boyu nağıl danışıb, ona-buna yalmanaraq yaşayan erməni keşiçşləri, bu dəfə İranı özlərinə qalxan seçiblər. Guya, 200 minlik İran ordusu sərhəddimizdə dayanıbmış. Bu bədbəxt bilmir ki, Azərbaycan Ordusu hələ 2022-ci ildə  İran ordusunun sərhəddə güc nümayişinə layiqli cavab verib.

Eyni zamanda, bu bədbəxt bir neçə gün əvvəl Azərbaycan və İran hərbi birləşmələrinin Qarabağda birlikdə təlimindən bixəbərdir.

Fərda Uğur