Erməni keşiş, arxiyepiskop Mikael Adjapahyan Bakıya gəlmək istəyir. Tribunainfo.az bildirir ki, bu barədə o, özü “Hraparak” qəzetinə açıqlama verib.
O deyib ki, Bakıya gəlməkdə məqsədi erməni separatçılarının məhkəməsində iştirak etmək, onlara mənəvi dəstək verməkdir. “Əgər Azərbaycan erməni din xadimlərinin, o cümlədən mənim Bakıya gəlməyimə, məhkəmədə iştirakımıza və bizim məhbuslarımıza mənəvi dəstək göstərməsinə icazə versəydi, kilsə bunu edərdi”.