Ermənistan Xarici Kəşfiyyat Xidməti (EXKX) ötən gün ölkəsi üçün mümkün risklərə dair hesabatını açıqlayıb. Tribunainfo.az xəbər verir ki, 2025-ci ilə aid olan bu sənəddə əsas vurğu Azərbaycan və Bakının atacağı addımların üzərinə qoyulub.
EXKX-nin hesabatında deyilir ki, 2025-ci ildə Azərbaycanın Ermənistana qarşı genişmiqyaslı hərbi hücum ehtimalını yüksək qiymətləndirmirlər. Onlar hesab edirlər ki, Bakının sərhəd ərazilərinə qoşun yığması, Qərbi Azərbaycan və Zəngəzur dəhlizi məsələsi ətrafında sərt bəyanatlar verməsi müharibə riski olmasına dəlalət etsə də, eskalasiyanın mümkün olması ehtimalı aşağıdır.