Erməni jurnalist: “Qarabağda mtn yox idi, KQB, FSB var idi”backend

Erməni jurnalist: “Qarabağda mtn yox idi, KQB, FSB var idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamenti bu yaxınlarda bir zamanlar Qarabağda separatçılar üçün çalışan “xüsusi xidmət orqanı” əməkdaşları haqqında qanun qəbul edib. Tribunainfo.az xəbər verir ki, İrəvan hökuməti qondarma “mtn”in əməkdaşlarının Ermənistan MTN-də işləyə biləcəyinə bununla yaşıl işıq yandırıb. Lakin bu qanun Ermənistanda geniş müzakirələrə də səbəb olub.
Vaxtıyla Şuşada “Şuşi” adlı qəzet nəşr edən jurnalist Karen Mirzoyan bu barədə yazıb ki, o, Qarabağda yaşadığı dövrdə “mtn” görməyib: “Mən şokda idim, çünki Qarabağın MTN-i yox idi, Qarabağın KQB-si, FSB-si var idi”.
O bildirib ki, indi həmin adamları Ermənistan MTN-də işə götürmək istəyirlər. “Ermənistan MTN onları işə götürməklə Rusiyaya işləyənlərə imkan yaradacaq”.