Erməni jurnalist, “Hraparak” qəzetinin əməkdaşı Edik Andreasyan Nikol Paşinyanı sərt şəkildə tənqid etməklə yanaşı, ona səs verən erməniləri də təhqir edib. Tribunainfo.az xəbər verir ki, o, öz xalqını qoyun adlandırıb.
Andresyan yazıb ki, Paşinyan hakimiyyətdə olduğu 6 ildən artıq müddətdə heç bir iş görməyib. Onun sözlərinə görə, dünyada heç bir iş görməyən bir adama 6 il möhlət verən və susan xalq yoxdur. “Dünyada elə bir xalq yoxdur ki, belə bir liderə imkan tanısın. Hələ də o axmağı çıxarıb-çıxarmamaqda tərəddüd edirsiz? Mənə belə bir ölkə göstərin. Yoxdur”.
Erməni jurnalist daha sonra qeyd edib ki, Paşinyan Ermənistana məğlubiyyətdən başqa bir şey gətirməyib. “Çukça çukçadır, əgər təsadüfən maralı və ya kirşəni itirirsə, utandığı üçün yurduna qayıtmır. Bunun necə üzü var? Qarabağı verdi, Ermənistanı işğala məruz qoydu, 10.000 covid qurbanı, 5.000 müharibə qurbanı, orduda yüzlərlə qurban, iqtisadiyyatı məhv etdi, xarici siyasəti məhv etdi. Biz isə dözürük”.
O yekunda Paşinyana səs vermiş 680 min ermənini qoyun adalandırıb. “2021-ci ildə 680 min baş qoyunumuz olsaydı və bu qədər düşüncəsiz kütlə olmasaydı, bu gün vəziyyətimiz bu qədər acınacaqlı olmazdı. Paşinyan noyabrın 10-da ya intihar etməli idi, ya da həmin gün İrəvanın mərkəzində asılmalıydı”.