Erməni jurnalist: “Əliyev Ermənistana güvənməməkdə haqlıdır”

Erməni jurnalist: “Əliyev Ermənistana güvənməməkdə haqlıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, bir neçə gün bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı sülh sazişi məsələsində Ermənistana güvənmədiklərini bəyan edib.

Tribunainfo.az xəbər verir ki, dövlət başçısı bunun indiyə qədər razılaşdırılmış məsələlərin hələ də Ermənistan tərəfindən reallaşdırılmaması ilə izah edib.
Prezidentin çıxışı Ermənistanda da reaksiyaya səbəb olub. Belə ki, qatı Azərbaycan əleyhidarı olan jurnalist Hasmink Babacanyan Azərbaycanın dövlət başçısına haqq qazandırıb. O bildirib ki, Prezident İlham Əliyevin dedikləri həqiqətdir. “Əliyev deyəndə ki, Ermənistana güvənmir, haqsız deyil. Çünki öz xalqı Paşinyana güvənmir. Əliyev necə güvənsin?”