Erməni iş adamı vaxtilə Xankəndidə açdığı “pub”a dağıdılmış məscidin qapısını qoyubmuş.
Tribunainfo.az yazır ki, bu barədə məlumatı sosial şəbəkədə dosent Zaur Əliyev paylaşıb. O bildirib ki, içki kafesinə vurulan qapı Ağdamın Şahbulaq qalasından götürülüb. Bu qapı Şahbulaq qalasında ermənilərin dağıtdığı qədim məscidin qapısıdır:
“1993-cü ildə ermənilər tərəfindən işğal edildikdən sonra kompleksin daxilindəki məscid, hamam, Xan sarayı və bəzi yaşayış evləri sökülüb dağıdılıb. Sökülən bu məscid 1752-ci ilə aid idi.
Ermənilər Xankəndidə sökülən xaça görə hay-küy qaldırıblar. Bunları onların gözünə soxmaq lazımdır ki, islam mədəniyyətinə və inancına məxsus tikilinin-məscidin qapısını niyə içki yerində istifadə edirsiniz? Məgər bilmirlər islam dinin qadağalarını?
Demək, İslam dininə ən böyük təhqiri onlar edə bilərlər, biz adi dəmir xaçı sökə bilmərik?”