Məlum olduğu kimi, Azərbaycan tərəfi Ermənistanla sülh sazişinin bağlanmasına əngəl olan bir neçə məsələni gündəmə gətirib. Tribunainfo.az xəbər verir ki, onlardan biri də bu ölkənin Konstitusiyasının dəyişdirilməsi və orada Azərbaycana qarşı iddialardan imtina edilməsidir.
Rəsmi Bakı bəyan edib ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı konkret torpaq iddiası var. Bundan başqa, orada bir sıra məsələlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təhdid olaraq aydın görülür.
Lakin buna baxmayaraq, Ermənistan tərəfi həyasızcasına israr edir ki, guya, Azərbaycan Ermənistanın konstitusiya islahatlarına mane olur. Erməni deputat Arman Yeqoyanın bu həyasız iddiasında deyilir ki, “Azərbaycan Ermənistanda konstitusiya islahatlarının aparılmasına mane olmağa və qarşısını almağa çalışır”.
Əcəba, bu necə mane olmaqdır ki, Azərbaycan Ermənistana Konstitusiyasını təkmilləşdirməyi, normal formaya salınmasını təklif edir. Onlardan başqalarına qarşı torpaq iddiasından əl çəkmələrini tələb edir.