Ermənistan məhkəməsi hərbi hissənin kəşfiyyat idarəsinin rəisinin kompüterindəki məxfi məlumatları oğurlamaq istəyən hərbçi ilə bağlı qərar verib.
Ermənistan məhkəməsi hərbi hissənin kəşfiyyat idarəsinin rəisinin kompüterindəki məxfi məlumatları oğurlamaq istəyən hərbçi ilə bağlı qərar verib.
TİA.AZ Ermənistan KİV-ə istinadən xəbər verir ki, oğurluğa cəhd hadisəsi bu il aprelin 6-da baş tutub.
Məhkəmə Xankəndi şəhərinin sakini, Arsen adlı erməni hərbçisini həbs etməyib, onu cərimələməklə kifayətlənib.
Məlumata əsasən, Arsen kəşfiyyat rəisinin kompüterindəki məxfi materiallar olan diski öz kompüterinin diski ilə dəyişdirmək istəyən zaman tutulub.