Erməni generalları hədəfə almalıyıq- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Düşmən boşluq axtarır və zəif nöqtələrdən zərbə endirmək üçün fürsət güdür. Buna qətiyyən yol vermək olmaz. 

Düşmən boşluq axtarır və zəif nöqtələrdən zərbə endirmək üçün fürsət güdür. Buna qətiyyən yol vermək olmaz.


TİA.AZ xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında deyib. Millət vəkilinin sözlərinə görə, qurulan diversiya planları, kəşfiyyat və pusqu əməliyyatları 2-ci Dünya müharibəsindən daha fərqli bir döyüş şəraitini ortaya qoyur:

“Cəbhə xəttində yaranmış son vəziyyətin dəqiq hərbi-siyasi təyinatını versək, deməliyik ki, müharibə şəraiti səngərlərə toplanmış hərbi texnika və sursatın düşmənə qarşı hərəkətə keçirilməsindən daha çox, hədəfi dəqiq və az itkilərlə məhv etmək deməkdir. Son dərəcə yaxın təmas xətti və müasir nəzarət sistemləri şəraitində belə məqsədi həyata keçirmək olduqca çətindir. Burada məsafədən idarə olunan texnologiyalar təsadüfi itkiləri aradan qaldırır və hər bir ordu birləşməsindən fərqli yanaşmalar, taktiki davranışlar tələb edir. Son itkilərimiz göstərdi ki, cəmiyyətimizin ötən ildən bəri davam edən ruh yüksəkliyini qoruyub saxlamaq hər gün döyüş təhlükəsi qarşısında dayanan qüvvələrimizin mənəvi-psixoloji dayanıqlığından az əhəmiyyət kəsb etmir”.

Z.Oruc qeyd edib ki, I Qarabağ müharibəsindəki məhrumiyyətlər, məğlubiyyət silsilələri və onu illər ərzində təhtəlşüurumuzun alt qatına yerləşdirməyimiz səbəbindən yanlış psixoloji nəticələr çıxarılmamalıdır:

“Onsuz da hər gün müharibədir və söhbət daimi atışmalardan getmir. Savaşın gətirdiyi gərginlik həyat tərzimizə, yaşayışımza təsir edir və o üzdən bir millət olaraq daha yüksək dirəniş, toparlanma gücünə malik olmağı bacarmaq lazımdır”.

Millət vəkili Qarabağdakı son vəziyyətin beynəlxalq şəraitə və danışıqlar prosesinin iflasa uğramasına tamamilə adekvat olduğunu vurğulayıb:

“Sülh limiti tükəndiyindən, vasitəçilər heç bir alternativ təklif verə bilmədiyindən hərbi balansı öz xeyrinə dəyişən Azərbaycan ötən ilin aprelindəki uğuru davam etdirməyə hazırdır. Hər halda son durum hücumqabağı sakitliyə bənzəyir. Düşmən boşluq axtarır və zəif nöqtələrdən zərbə endirmək üçün fürsət güdür. Buna qətiyyən yol vermək olmaz! Azərbaycan əsgəri haqda uydurma kadrları ordusunun, cəmiyyətinin qalxınması səhnəsinə çevirən düşmənin generalını mütləq atəşin hədəfinə salmaq lazımdır”.