Erməni generalın həbsi ortalığı qarışdırdı

Erməni generalın həbsi ortalığı qarışdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni general Tiqran Xaçatryanın həbsi məsələsi İrəvanda müzakirələrə səbəb olub. Tribunainfo.az xəbər verir ki, 44 günlük müharibədə Qarabağdakı Ermənistan ordusunun şərq cəbhəsinə rəhbərlik edən Xaçatryanın həbsinə səbəb elə Vətən Müharibəsindəki “fəaliyyəti” olub.

Belə ki, Ermənistan İstintaq Komitəsi Xaçatryanın Qarabağda olarkən qoşunların düzgün təşkilini təmin etmədiyi üçün böyük itkilərə səbəb olduğu iddiasını qaldırıb. Bununla bağlı istintaq zamanı onun “cəbhə xəttinin yarılması”nda və çoxlu sayda itkilərin baş verməsində rolunun olduğu müəyyən edilib.

İki aylığına həbs olunan erməni generalın bu ittiham üzrə uzun illər həbsdə qalacağı gözlənilir.

Lakin İrəvanda gedən müzakirələr bir qədər fərqlidir. Tribunainfo.az xəbər verir ki, bir çox hüquqşünaslar Xaçatryana 44 günlük müharibə ilə bağlı ittiham irəli sürülməsini qanunsuz hesab edirlər. “Aprelu Yerkir” partiyasının həmtəsisçisi Mesrop Arakelyan deyir ki, əslində, İstintaq Komitəsi Qarabağın Ermənistanın ərazisi kimi tanımaqda davam edir. “Əgər Ermənistanın hazırkı hökuməti və hakim siyasi qüvvə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi hesab edirsə, o cümlədən Azərbaycanın müstəsna yurisdiksiyasında olan ərazi olduğunu yazılı şəkildə qeyd edirsə, o zaman hansı orqan tərəfindən Ermənistanın hüquq-mühafizə orqanları həmin ərazidə “iddia edilən cinayətləri”, daha da üstəlik, özləri tərəfindən milli qəhrəman elan edilmiş şəxsləri araşdırır və saxlayırlar?”