Erməni fondundan müstəsna həyasızlıq

Erməni fondundan müstəsna həyasızlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda fəaliyyətə başlamış “Geqard” Fondu müstəsna həyasızlıqla məşğuldur. Tribunainfo.az xəbər verir ki, Qarabağdakı “erməni mədəni irsi” araşdırmaq məqsədi ilə yuaradılmış bu qondarma fonda tarixi faktları inkar etməkdən də çəkinmir.

Bu fondun sonuncu müstəsna həyasızlığı isə Qərbi Azərbaycanla bağlıdır. Belə ki, “Geqard” Azərbaycan tərəfinin açıqladığı, dəlil və sübuta əsaslanan Qərbi Azərbaycan mədəni irsi ilə bağlı fikirlərini nəinki inkar edib, hətta həyasızcasına “belə bir şey yoxdur” deyib.

Fond açıqlamasında qeyd edir ki, guya, Azərbaycanın Qərbi Azərbaycan iddiaları “əsassız”dır. “Ermənistanda Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı heç bir abidə və mədəni irs yoxdur. Ümumiyyətlə, azərbaycanlılar Ermənistanda hər hansı mədəni irs qoymayıblar və Azərbaycanın iddia etdiyi kimi, onlar dağıdılmayıb. İrəvandakı Göy Məscid isə İrana aiddir. Azərbaycanın ona iddia etməsi yolverilməzdir”.

P.S. “Geqard” Fondunda çalışanların hansı xəstə təxəyyülə malik olmasını deməyə gərək yoxdur. Min illər boyu Zəngəzur, Amasiya, Göycə və digər ərazilərdə yaşamış azərbaycanlıların mədəni irsini olmamasını iddia etmək nəinki tarixi saxtalaşdırmaq, həm də müstəsna həyasızlıqdır. Bütün dünya, hələ-hələ Qərbin ağlı başında olan tarixçiləri, alimləri də yaxşı bilirlər ki, Qərbi Azərbaycanda azərbaycanlıların hansı qədim mədəni irsi mövcuddur. Bununla bağlı qalaq-qalaq kitablar belə mövcuddur.