Erməni ekspertdən sülh proqnozu: “Çox şey Azərbaycandan asılıdır”

Erməni ekspertdən sülh proqnozu: “Çox şey Azərbaycandan asılıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan-Azərbaycan nizamlanması Cənubi Qafqazda tamamilə fərqli vəziyyət yarada bilər”. Tribunainfo.az xəbər verir ki, bunu politoloq Areq Koçinyan deyib.
O bildirib ki, burada Rusiya daha məhdud siyasi və hərbi-siyasi mövcudluğa və təsirə malik olacaq. “Çünki Ermənistan-Azərbaycan nizamlanmasının ardınca Ermənistan-Azərbaycan-Türkiyə nizamlanması Ermənistan-Rusiya münasibətlərini keyfiyyətcə dəyişəcək”.
Koçinyan hesab edir ki, Rusiya məsələnin onun iştirakı olmadan həllinin əleyhinədir. “Bu o deməkdir ki, o, nizamlanmanın əleyhinədir, çünki iştirak etsə, nizamlanma olmayacaq. Həm də əsas problem elə budur”.


Erməni ekspert bildirir ki, bütün bunların fonunda əsas məsələ Azərbaycanın mövqeyidir. “Burada Azərbaycanın mövqeyi çox vacibdir. Çünki Ermənistanın mövqeyi artıq hamıya aydındır: Ermənistan nizamlanmanı istəyir və çoxlu siyasi kapital yatırmağa hazırdır və delimitasiyanın birinci mərhələsində bunu sübut edib”.
Amma Koçinyan erməniliyindən də əl çəkməyib. O deyib ki, Azərbaycanın nə qədər “dağıdıcı” olduğunu göstərmək üçün hər şeyi etməlidirlər. “Mənim üçün Azərbaycanın konstruktiv olması üçün hər şeyi etmək daha vacibdir və biz bu istiqamətdə işləməliyik, nəyisə bu və ya digərinə sübut etmək yox”.
Erməni politoloq Azərbaycanı sülh sazişi imzalamağa “məcbur etməyin” “yolları”nı da qeyd edib. “Birinci növbədə, Ermənistan dayanıqlı olmalıdır. İkincisi, bütün çətinliklərə və destruktiv bəyanatlara baxmayaraq, Azərbaycanla danışıqları, hətta ikitərəfli formatda davam etdirməsidir. Üçüncüsü, Qərb tərəfdaşları ilə işləmək, onların bu prosesdə iştirakını təmin etməkdir. Dördüncüsü isə Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində aparılan işdir. Bu, Ermənistan-Azərbaycan münasibətlərini də normallaşdıracaq”.