Erməni ekspert Qriqori Ayvazyan bir sıra sarsaqlama ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, “İravunk” qəzetinə açıqlamasında o, Azərbaycanı Ermənistanın “bir hissəsi” adlandırıb.
O deyib ki, guya, indiki Azərbaycanın 50 faizindən çoxu Ermənistan ərazisidir. “Yəni Şərqi Ermənistandır”.
Amma Ayvazyanın sayıqlamaları bununla da bitməyib. O iddia edib ki, guya, Qarabağ müvəqqəti olaraq “işğal” olunub. “Biz Qarabağdan müvəqqəti çıxmışıq. Gec, tez ora qayıdacağıq”.
Bu azmış kimi, erməni ekspert bir başqa level sayıqlamaqdan da qalmayıb. O deyib ki, “Azərbaycan Ordusu Gəncə və Qarabağdan çıxmalıdır”. “Bizim də 500 mindən çox Azərbaycandan qovulmuş ermənimiz var. Biz onlardan tələb edə bilərik və etməliyik ki, bizi Ermənistan Bakısına qaytarsınlar. Qoşunlarını bütövlükdə işğal olunmuş Qarabağdan, həmçinin Gəncədən çıxarsınlar. Biz o istiqamətdə işləməliyik”.
P.S. Ermənilərdə bu xəstəlik çox dərinə işləyib. Onlar xəyallarla, yalanlarla, saxtakarlıqlarla yaşayır və bunu həyat tərzinə çeviriblər. Onlara elə gəlir ki, bütün dünya ermənilərindir. Hətta Rusiyanın Stavrapol vilayətinə belə ərazi iddiaları var. Hərçən onların Qafqaza gəlişlərinin tarixi 1828-ci ildir. Ona qədər bizim bölgəmizdə ermənilər ümumiyyətlə, yaşamayıblar. Amma atalar demiş “yersiz gəldi, yerli qaç” misalı ermənilərin əsas xislətlərini, həyasızlıqlarını ortaya qoyur.