Erməni ekspertdən məntiqsizlik: “Paşinyan Azərbaycanın hücuma keçməsinə çalışır”

Erməni ekspertdən məntiqsizlik: “Paşinyan Azərbaycanın hücuma keçməsinə çalışır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni hərbi ekspert Mher Hakobyan məntiqsiz açıqlama ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, o, Ermənistanın baş naziri Nikol Paşinyanın manevr etdiyini iddia edib.

O bildirib ki, Paşinyanın ordunun gücsüz olması barədə fikirləri Azərbaycanın hücum etməsi üçün zəmin yaratmaq cəhdidir. Hakopyan hesab edir ki, ordunun güclü və ya zəif olması barədə fikir səsləndirmək yanlışdır. “Bu ordunun gücləndiyini eşidən bir neçə güc onu zəiflətmək üçün bir anda hücuma keçə bilər. İndi Paşinyan da analoji işi görür. O manevr edir ki, düşmən zəif olduğumuzu bilib, hücuma keçsin”.

P.S. Hakopyan hərbi ekspert olaraq yaxşı bilir ki, Azərbaycanın Ermənistana hərbi müdaxilə etmək fikri yoxdur. Bunu rəsmi Bakı dəfələrlə bəyan edib. Bu, o halda mümkündür ki, Ermənistan sərhəddimizdə təxribata əl atsın. Nə qədər ki, bu hal baş verməyib, Azərbaycan heç bir hərbi vasitədən istifadə etməyəcək.

Digər tərəfdən, Ermənistan ordusunun güclü və gücsüz olmasının bizim üçün heç bir fərqi yoxdur. Biz zatən 44 günlük müharibədə Ermənistan ordusunu rəzil vəıziyyətə salmışıq. Bu o zamanlar idi ki, Ermənistan öz ordusunu Qafqazın “ən güclüsü” hesab edirdi. Yəni, bizim üçün fərqi yoxdur. Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirmək gücündədir.