“Rusiya ilə İran arasında Cənubi Qafqazda kifayət qədər uzun müddətdir görünən ciddi fikir ayrılıqları var. Söhbət Zəngəzur yolundan gedir”.
Tribunainfo.az xəbər verir ki, bunu politoloq Armen Bağdasaryan refiondfa baş verən son hadisələrə münasibətini açıqlayarkən deyib.
Onun sözlərinə görə, Rusiya bu yolu özünün idarə etməsini istəyir. “Lakin İran üçün heç bir üçüncü tərəfin bu yola nəzarət etməsini qəbullanmır”.
Bağdasaryan maraqlı bir fikir də səsləndirib. O deyib ki, Rusiya ilə Ermənistan arasında Türkiyə və İran sərhəddindən rus hərbçilərinin çıxarılmasında əldə olunmuş razılaşma heç də İrəvanın naliyyəti deyil. “Belə məlumatlar var ki, əslində Rusiya sərhədçiləri Ermənistan-İran sərhədinin Meğri hissəsindən Ermənistan tərəfinin deyil, İran tərəfinin tələbi ilə geri çəkilirlər. Yəni, İran tələb edib ki, ruslar sərhəddən uzaqlaşdırılsın”.
Ekspert hesab edir ki, iki ölkə arasında bu fikir ayrılıqları yaxın gələcəkdə daha da güclənə bilər. “Çünki ABŞ-ın yeni prezidenti Donald Tramp Rusiyaya kifayət qədər loyaldır və əksinə, İrana münasibətdə xeyli sərtdir”.
Bağdasaryan qeyd edir ki, yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında hərbi təhlükə gözlənilmir. “Burada belə bir inkişaf daha çox Ermənistan hakimiyyətinin mövqeyindən asılı olacaq. Ermənistan hakimiyyəti israrla hər şeyə məhəl qoymayaraq, Qərbə doğru irəliləməkdə davam edərsə, o zaman belə bir ssenari nəinki istisna edilmir, həm də böyük ehtimaldır”.
O, İranın Ermənistanla ciddi problemlərinin olduğunu da bildirir. “İranın bizimlə ciddi problemləri var. Çünki o, Ermənistanda Avropa İttifaqı müşahidəçilərinin olmasına və üçüncü ölkələrin müdaxiləsinə qəti şəkildə qarşı çıxır. Eyni zamanda həmin yolun Rusiya tərəfindən idarə olunmasına qarşıdır”.
Erməni ekspert hesab edir ki, İranın Zəngəzur dəhlzinin açılmasına qarşı olmasının bir çox səbəbləri var. “Lakin ən başlıca səbəb Zəngəzur dəhlizi açılarsa, İranın Azərbaycana təsirini xeyli zəifləyəcəyidir. Ona görə ki, son 30 ildə Azərbaycan İran üzərindən Naxçıvanla əlaqə saxlayır. Bu da Azərbaycana təsir göstərmək üçün İrana üstünlüklər qazandırır”.