“Azərbaycanın eskalasiya addımı atıb-atmaması müxtəlif mərkəzlərin təsirindən asılıdır: Rusiya, Qərb, İran, Çin”. Tribunainfo.az xəbər verir ki, bunu erməni politoloq Robert Qevondyan deyib.
Onun sözlərinə görə, hal-hazırda buna getməyin heç bir faydası yoxdur. “Nə Qərb, nə də İran Azərbaycana hərbi eskalasiya ilə Zəngəzur dəhlizini açmağa imkan verməyəcək”.
Qevondiyan vurğulayıb ki, 2025-ci ilin yazına qədər genişmiqyaslı hərbi əməliyyat gözləmir. “Bundan sonra nə baş verəcəyi isə ABŞ və Gürcüstandakı seçkilərdən, Rusiya-Ukrayna müharibəsinin inkişafından asılıdır”.