“ABŞ Türkiyənin köməyi ilə Rusiyanı Cənubi Qafqazdan sıxışdırır. Bunun Rusiya üçün həm Qafqazda, həm də Mərkəzi Asiyada ciddi strateji nəticələri olacaq”.
Tribunainfo.az xəbər verir ki, bunu erməni ekspert Karen İgityan deyib.
Onun sözlərinə görə, əgər hər şey Amerika ssenarisi ilə getsə, Kreml Qafqazdan qovulacaq. “Rusiya bunu çox gözəl başa düşür. Hazırda Rusiyanın cavab vermək üçün resursları azdır. Amma onlar nə vaxtsa bu resursları əldə edəcəklər və 1920-ci ildə olduğu kimi regiona qayıdacaqlar”.
İgityan iddia edib ki, Vaşinqton sənədləri Azərbaycanın Ermənistana hücum etməyəcəyinə zəmanət vermir.
Fərda Uğur