Erməni ekspert: “Paşinyanın hakimiyyətdə qalıb-qalmaması Əliyevin iradəsinə bağlıdır”

Erməni ekspert: “Paşinyanın hakimiyyətdə qalıb-qalmaması Əliyevin iradəsinə bağlıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan əslində erməni xalqından və Ermənistandan real sülh fürsətini oğurlayır”.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərin müəllifi ekspert Tatevik Ayrapetyandır.

Onun sözlərinə görə, əgər Azərbaycanla müharibə problemi aradan qalxarsa, bu Ermənistanın yenidən bərpasına çox böyük xeyir verəcək.

Ayrapetyan onu da deyib ki, ermənilər 2020-ci ildən sonra nəfəsini dərməlidirlər. “Yavaşlamalıyıq. Bir az nəfəsimizi dərməliyik. Amma Paşinyan bu unikal fürsəti bizə qarşı yönəldir. O, bu müddətdən dövlətimizin daha da məhvi üçün istifadə etməyə hazırlaşır”.

Onun iddiasına görə, Paşinyan hakimiyyətinin qorunub saxlanmasını Əliyevin iradəsi ilə əlaqələndirib. “Elə buna görə də Bakıdan gələn bütün göstərişləri yerinə yetirir. İllər sonra bu barədə özünü etiraf edən bəyanatlar verir”.

Fərda Uğur