“Hazırda problem aşağıdakı kimidir: yol nəzarəti ilə bağlı müzakirələr gedir. Azərbaycan da, Türkiyə də, Qərb də o yola nəzarət etmək istəyir ki, Rusiya və İran o yola nəzarət etməsin. Heç kim Ermənistanın fikrini belə soruşmur”. Tribunainfo.az xəbər verir ki, bunu politoloq Stepan Danielyan deyib.
Onun iddiasına görə, COP29-dan sonra Azərbaycan Türkiyə və Qərbin razılığı ilə Ermənistana hücuma keçə bilər. “Türk dünyası yaratmaq İrana, Rusiyaya və həmçinin Çinə qarşı Orta Asiyaya nəzarət etməkdir. Ona görə də belə bəyanatlar verirlər ki, Ermənistan hər şeyə razıdır, hər şeyə gedir, ona görə də rəqibin hücuma keçməyə legitimliyi yoxdur” .
Danelyanın sözlərinə görə, Ermənistan hakimiyyəti “axmaq” siyasət yürüdür. “Bir tərəfdən sülhdən danşır, digər tərəfdən isə Azərbaycanın müharibəyə başlaya biləcəyini deyir. Azərbaycan heç vaxt təkbaşına müharibəyə başlaya bilməz, 2020-ci ildə də təkbaşına müharibəyə başlamayıb. Əsas oyunçular razılaşdıqda müharibə başlaya bilər”.