Erməni ekspert: “Müxalifət və separatçılar Qarabağda meşələri və qızıl mədənlərini talayırdılar”

Erməni ekspert: “Müxalifət və separatçılar Qarabağda meşələri və qızıl mədənlərini talayırdılar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda müxalifətin və separatçıların hərəkətlərinə son zamanlar yerlii ekspertlər adekvat cavablar verməyə başlayıblar.

Tribunainfo.az xəbər verir ki, onlar hər iki dəstəni bir sıra cinayətlərdə ittiham etməklə yanaşı, həm də separatçıların iç üzünü açmaqdan da çəkinmirlər.

Ekspert Hayk Sirunyan “Hraparak” qəzetinə verdiyi açıqlamasında deyib ki, işğal dövründə və müharibə vaxtı müxalifətin “Biz Qarabağı müdafiə edirdik” deyən müxalifətçilər və separatçılar yalıan danışıblar. “Onlar “Qarabağı müdafiə edirik” deyərək, Qarabağda deyil, İrəvanda olublar. Bu adamlar Qarabağın müdafiəsi ilə deyil, meşələri və qızıl mədənini məhv etməklə məşğul idilər”.

Fərda Uğur