Ermənistanın tanınmış ekspertlərindən olan Arsen Culfalakyan ölkəsinin xarici siyasətini sərt şəkildə tənqid edib.
Tribunainfo.az xəbər verir ki, o, yerli mediaya açıqlamasında bildirib ki, rəsmi İrəvanın atdığı addımlar daha çox əxlaqsız qadını xatırladır.
Culfalakyan yazıb: “Ermənistanın Mülki Müqavilə Partiyasının apardığı xarici siyasəti bir sözlə xarakterizə etmək olar: FAHİŞƏLİK! Onlar öz bədənlərini ABŞ-dan tutmuş Rusiyaya, İrana, İsrailə, Hindistana, Pakistana, Çinə, Yaponiyaya, Türkiyəyə, Azərbaycana qədər hamıya təklif edirlər. Özü də ucuz qiymətə”.
Fərda Uğur