“İran öz qəti mövqeyini bildirməsəydi, Sünik çoxdan zorla Azərbaycanın olacaqdı”. Tribunainfo.az xəbər verir ki, bu iddia ilə hərbi ekspert Hayk Nahapetyan çıxış edib.
O deyib ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana yol açılacaq. “Onun kimə veriləcəyi zaman içində məlum olacaq. Amma bunun ardından digər hadisələr də baş verəcək”.
Nahapetyan bildirib ki, Rusiya ilə münasibətlərin pisləşməsi nətricə etibarı ilə Ermənistanın kənd təsərrüfatını tənəzzülə uğradacaq. “Biz də Azərbaycandan yanacaq alıb, tədricən Azərbaycanın əyalətinə çevriləcəyik. Ermənistanda azərbaycanlılar yaşayacaq, üstəlik, bu yolla Ermənistan Qərbi Azərbaycana çevriləcək. Bu onların planıdır və açıq şəkildə o proqramdan danışırlar”.