“Türkiyə Transqafqazda əsas rolu öz üzərinə götürməyə ümid edir və onlar Rusiyanın onlara kömək etməsini istəyirlər”. Tribunainfo.az xəbər verir ki, bunu politoloq Sarqis Tsaturyan deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti əvvəldən yanlış siyasət yürüdüb. “Nə qədər ki, Qarabağın liderləri Bakıdadır, Türkiyə-Azərbaycan tandemi ilə heç bir danışıqlar aparılmamalıdır”.
Tsaturyan bildirib ki, onlar ölkələrinin 90 faizini itiriblər. “İndi bizim İrəvan hakimiyyəti Süniki də təhvil verməyə hazırlaşır. Biz Qarabağı niyə itirdik? Çünki otuz il Qarabağı müdafiə etməyə belə hazırlaşmamışıq. Gəncə məsələsini, Naxçıvan məsələsini, Qərbi Ermənistan məsələsini, yüksək erməni məsələsini qaldırmamışıq”.
Erməni ekspert onu da bildirib ki, Ermənistan Prezident İlham Əliyevdən dərs almalıdır. “Biz Əliyevdən çox şey öyrənməliyik. Çünki o, İrəvan hakimiyyətindən qat-qat ağıllıdır. Nikol Paşinyan adamyeyəndir, o, bizə xəyanət edib və hakimiyyətdən getməlidir”.