Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki son çıxışından sonra yerli media azərbaycanlıların geri qayıtması ilə bağlı məsələni müzakirəyə başlayıb. Tribunainfo.az xəbər verir ki, erməni mediası ortada ciddi razıllaşmanın olması ilə yanaşı, İrəvanla Bakı arasında danışıqların getdiyini də iddia edirlər.
Ekspert Varuzan Geqamyan isə deyir ki, Azərbaycanlıların Ermənistana qayıtması ilə əlaqədar beynəlxalq mexanizmin hazırlanması prosesinə start verilib. O iddia edib ki, hazırda Bakıda bununla bağlı konfrans da keçirilib.
Qeqamyan hesab edir ki, Paşinyan azərbaycanlıları Ermənistana qaytarmaqla öz problemini həll etməyə çalışır. “Əgər bu baş verərsə, şübhəsiz ki, Ermənistanda yaşayan azərbaycanlıları Bakının tapşırığı ilə Nikol Paşinyanı dəstəkləyəcək və onun hakimiyyətdə uzun illər qalmasını təmin edəcəklər. Çünki yerli ermənilərin getdikcə Paşinyana etimadı azalır. Azərbaycanlıların gəlişi isə balansı tarazlaşdıra bilər”.