Erməni ekspert: Azərbaycanlılar Ermənistana qayıtmalıdırbackend

Erməni ekspert: Azərbaycanlılar Ermənistana qayıtmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya eyni vaxtda bir neçə problemi həll etməyə çalışır. İlk növbədə Qarabağın tənəzzülünə, dağıdılmasına görə Ermənistan hakimiyyətini daim xatırlatmaq və günahlandırmaq, bununla da öz rollarını minimuma endirməyə çalışır”. Tribunainfo.az xəbər verir ki, bunu politoloq Areq Koçinyan deyib.


Onun sözlərinə görə, Kremlin ikinci hədəfi Qarabağ məsələsini gündəmdə saxlamaqdır. “Rusiya Qarabağ məsələsini söhbətin real olub-olmamasından asılı olmayaraq, haqqında danışmaqla gündəmdə saxlamaq istəyir”.

Koçinyan hesab edir ki, Qarabağ ermənilərinin geri qayıtması üçün azərbaycanlıların da Ermənistana geri dönüşü lazımdır. “Bakı bu tələbi səsləndirir. Düzdür, Qarabağ ermənilərinin geri qayıdıb, qayıtmaması məsələsi bəlli deyil. Bunu onlardan heç soruşan da yoxdur. Rusiya bunun çox fərqindədir. Ona görə də, Qarabağ mövzusunu davam etdirir”.

Erməni politoloq son olaraq Rusiyanın daha nə istədiyini də qeyd edib. “Rusiya prosesin özünə necə təsir etməsindən asılı olmayaraq, proseslərdən kənarda qalmamağa cəhd edir”.